top of page

Afrika Millətlər Kuboku: 1/4 final cütləri belədir


Kot-d'İvuarda keçirilən Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli olub.


90plus.az xəbər verir ki, bu mərhələyə sonuncu vəsiqəni Cənubi Afrika Respublikası qazanıb. CAR millisi 1/8 finalda Mərakeşi 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. 85-ci dəqiqədə Aşraf Hakiminin penaltini qaçırması azarkeşləri göz yaşlarına boğub. CAR 1/4 finalda "Qarabağ"ın futbolçusu Patrik Andradenin də şərəfini qoruduğu Kabo-Verde millisinə rəqib olublar. 



1/4 final mərhələsinin matçları 2-3 fevral tarixlərində keçiriləcək. 


2 fevral

Nigeriya - Anqola

Konqo - Qvineya


3 fevral

Mali - Kot-d'İvuar

Kabo-Verde - CAR

0 comments
bottom of page