
Kamerunda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.
90plus.az xəbər verir ki, 24 komandanın qatıldığı yarışda 6 qrupun hər birindən 2 ən yaxşısı və üçüncü yeri tutanlardan ən yaxşı nəticə göstərən 4-ü pley-offa yüksəlib.
Onların arasında "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo Verde ilə "Neftçi"nin oyunçusu Mamadu Kanenin yer aldığı Qvineya millisi də var.
1/8 finalda oynayacaqlar:
Kamerun - Komor adaları Burkina Faso - Qabon Seneqal - Kabo Verde Qvineya - Qambiya Mərakeş - Malavi Nigeriya - Tunir Kot d İvuar - Misir Mali - Ekvatorial Qvineya
Qeyd edək ki, görüşlər 23 - 26 yanvarda olacaq.