Afrika Millətlər Kuboku təxirə salındı

Koronavirus pandemiyasına görə daha bir nüfuzlu idman turniri təxirə salınır.

90plus.az xarici mətbuata istinadən xəbər verir ki, Afrika Millətlər Kuboku nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.

Afrika Futbol Konfederasiyasının bu barədə qərarını yaxın günlərdə rəsmən açıqlayacağı bildirilib. 2021-ci ilin yanvarında Kamerunda təşkil olunması planlaşdırılan yarışın bir il sonraya keçiriləcəyi qeyd olunub.

0 comments