Afrika Millətlər Kuboku: turnirin ən yaxşıları


Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bəlli olub. 90plus.az xəbər verir ki, bu ada Seneqal yığmasının hücumçusu Sadio Mane layiq görülüb. 30 yaşlı forvard komandasının bütün görüşlərdində iştirak edib. Mane bu matçlarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Kamerun yığmasının hücumçusu Vensan Abubakar 8 qolla yarışın bombardiri, Seneqal millisinin qapıçısı Eduard Mendi turnirin ən yaxşı qapıçısı, onun misirli həmkarı Məhəmməd Abu Qabal finalın ən yaxşı oyunçusu seçilib.

0 comments