top of page

Afrikada 7 milyon dollar uğrunda millilərin amansız “savaş”ı başlayır


Bu gün Kot-d`İvuarda Afrika Millətlər Kuboku start götürəcək.

90plus.az xəbər verir ki, turnirdə 24 komanda iştirak edəcək. Açılış matçında A qrupunda Kot-d`İvuar Qvineya-Bissau ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Bu, tarixin 34-cü Afrika Millətlər Kubokudur. Kot-d`İvuar isə ilk dəfə sözügedən turnirə ev sahibliyi edir. Yarış fevralın 11-dək davam edəcək. Daha əvvəl builki Afrika Millətlər Kubokunun iyun-iyul aylarında keçirilməsi planlansa da, bölgədəki əlverişsiz hava şəraiti nəticəsində qərar dəyişib. 


Afrika Millətlər Kubokunun qalibi olan milli komanda 7 milyon dollar mükafat əldə edəcək. İkinci yeri tutan komanda isə 4 milyon dollar qazanacaq. Bu turnirin son çempionu Seneqal yığmasıdır.


Afrika Millətlər Kubokunda qrupların tərkibi:


A qrupu: Kot-d`İvuar, Nigeriya, Ekvatorial Qvineya, Qvineya-Bissau


B qrupu: Misir, Qana, Kabo-Verde, Mozambik


C qrupu: Seneqal, Kamerun, Qvineya, Qambiya


D qrupu: Əlcəzair, Burkina Faso, Mavritaniya, Anqola


E qrupu: Tunis, Mali, Cənubi Afrika Respublikası, Namibiya


F qrupu: Mərakeş, Konqo Demokratik Respublikası, Zambiya, Tanzaniya

0 comments
bottom of page