Aguero "Man Siti"nin tarixinə düşdü



90plus.az ESPN-ə istinadən xəbər verir ki, Serxio Aguero klub tarixində yeni rekord müəyyənləşdirib. 32 yaşlı hücumçu klub tarixinin ən titullu futbiolçusu olub. O, buna 2020/21 mövsümündə Premyer Liqa çempionluğunu qazanmaqla nail olub.

Aguero "Man Siti"nin heyətində 15-ci kubokunu qazanıb. Bununla da o, David Silvanın (14 kubok) rekordunu qırıb.

Futbolçu “Mançester Siti”nin heyətində 5 çempionluq, 1 ölkə kuboku, 6 Liqa kuboku və 3 İngiltərə Superkuboku əldə edib.

0 comments

Recent Posts

See All