top of page

Ailə problemlərinə görə ÇL matçına çıxmayacaq


PSJ evdə "Leyptsiq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının qrup oyunundan əvvəl daha bir futbolçusunu itirdi.


90plus.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, Mauro İkardi ailə problemlərinə görə bugünkü qarşılaşmada iştirak etməyəcək. Xəyanət səbəbindən həyat yoldaşı və meneceri Vanda Nara ilə boşanmaq ərəfiəsində olan 28 yaşlı forvard klub rəhbərliyindən icazə alıb. Psixoloji durumu yaxşı olmayan futbolçu meydana çıxa bilməcəyini söyləyib. Qeyd edək ki, daha əvvəl PSJ-nin heyətində Neymar, Serxio Ramos və Leandro Paredesin "Leyptsiq"ə qarşı oynamayacağı dəqiqləşib.

0 comments
bottom of page