top of page

“Ailəmi səhranın ortasına aparmaq istəmədim” Pau Qomes


"Sevilya"dan ayrıldıqdan sonra İtaliyanın Seriya A komandası "Montsa" ilə müqavilə imzalayan Papu Qomez transfer etirafı edib.


90plus.az Fabrizio Romanoya istinadən xəbər verir ki, argentinalı futbolçu Səudiyyə Ərəbistanından təklif aldığını bildirib: "Səudiyyədən mən də təklif aldım. Amma ailəmə görə Seriya A təmsilçisi “Montsa”ya qoşulmağa qərar verdim...


Uşaqlarımı, ailəmi səhranın ortasına aparmaq istəmədim, ona görə də imtina edib İtaliyaya qayıtmaq qərarına gəldim"


Qeyd edək ki, Papu Qomes bu mövsüm "Montsa" forması ilə 2 matça çıxıb, amma hələ ki, heç bir qola töhfə verə bilməyib.

0 comments
bottom of page