top of page

AL-də həftənin ən yaxşısı adına namizədlər

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.


90plus.az xəbər verir ki, bu ada "Yuventus"dan Anxel Di Maria, "Şaxtyor"dan (Donetsk) Anatoli Trubin, "Union"dan (Berlin) Yuranoviç və Leverkuzen "Bayer"indən Florian Virts namizəddir.


Konfrans Liqasında isə "Fiorentina"dan Cakomo Bonaventura, "Lex"dən Mikael İshak, "Şerif"dən Məhəmməd Diop və "Anderlext"dən Bart Verbruggen bu ada iddia edir.


Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

0 comments
bottom of page