Alabadan Avstriya klubuna maddi dəstək

“Bavariya”nın futbolçusu David Alaba Avstriyanın “Austriya” klubuna maddi dəstək verib.

90pluxarici KİV-lərə istinadən xəbər verir ki, müdafiəçi 500 min avro qarşılığında iflas həddində olan klubun səhmlərinin 2 faizini alıb.

Bu sərmayənin Avstriyaya yeni investor cəlbinə kömək etməsi gözlənilir. Alaba 2002-2008-ci illərdə “Austriya”nın gənclər komandalarında oynayıb, oradan “Bavariya” akademiyasına keçib.

Qeyd edək ki, David Alaba yayda Münhen təmsilçisini tərk edəcəyini açıqlayıb.

0 comments