Alabadan klub rekordu

"Bayern Münhen"nin futbolçusu David Alaba klub rekorduna imza atıb.

90plus.az xəbər verir ki, 28 yaşlı müdafiəçi buna ötən gün Bundesliqanın 27-ci turunda "Leyptsiq"lə matçda (1:0) iştirak etməklə nail olub. O, komandanın heyətində yerli çempionatda 274-cü oyununa çıxıb. Beləliklə, avstriyalı futbolçu Frank Riberini geridə qoyaraq (273), klubun Bundesliqada əcnəbilər arasında ən çox matç keçirən oyunçusu olub. Qeyd edək ki, Alaba mövsümün sonunda azad agent kimi "Bayern Münhen"dən ayrılacaq.

0 comments