Albaniya - İngiltərə matçı təhlükəsizlik səbəbi ilə ləğv oluna bilər

DÇ-2022-nin seçmə mərhələsində keçirilməsi nəzərdə tutulan Albaniya – İngiltərə oyunu ləğv oluna bilər.

90plus.axəbər verir ki, bu barədə Albaniya Futbol Assosiasiyası (AFA) rəsmi saytı məlumat yayıb.

Yerli polisin təhlükəsizlik tədbirlərinə zəmanət vermədiyi üçün qarşılaşma baş tutmaya bilər. AFA-nın açıqlamasında bildirilib ki, görüşün ləğvi ölkənin, millinin imici və ümumiyyətlə, Albaniya futbolu üçün fəlakətli nəticələrə səbəb ola bilər”.

Qeyd edək ki, Albaniya – İngiltərə görüşü martın 28-də keçirilməlidir.

0 comments