"Albaniyalı deyəndə Aqollinin adı çəkilir


"Azərbaycan milli keyfiyyətli oyunçular baxımından Albaniya ilə müqayisədə daha yüksək səviyyədədir". 90plus.az xəbər verir ki, bu fikirləri "Qəbələ" klubunda çıxış edən albaniyalı futbolçu Yurgen Qoca ölkəsinin televiziziyasına açıqlamasında söyləyib. 29 yaşlı müdafiəçi ötən mövsüm tanınmış yaponiyalı futbolçu Keysuke Hondanın Azərbaycan Premyer Liqasında çıxış etdiyini xatırladıb. Qocanın sözlərinə görə, bu ölkədə albaniyalı olduğunu söyləyəndə birbaşa "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollinin adı çəkilir. Qeyd edək ki, Yurgen Qocanın "Qəbələ" ilə müqaviləsi başa çatıb. Onun klubdakı taleyi hələ bəlli deyil.

0 comments