
"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq "Barselona" üzərindəki qələbədən danışıb.
90plus.az həmin müsahibəni təqdim edir:
"Bura gəldiyimdən bəri çox qələbələr qazanmışam. "Arsenal", "Liverpul", "Mançester Siti" üzərində. Ancaq deyə bilərəm ki, ən gözəl qələbə "Barselona" üzərində olan qələbəmdir.
Onlar hazırda La Liqada liderdirlər. "Real Madrid"in 8 xal qabağında. Hörmət olunmalı klubdur".
Qeyd edək ki, "Mançester Yunayted" Avropa Liqasının 1/16 final mərhələsində qonaq etdiyi "Barselona"nı 2-1 hesabı ilə məğlub edib.