Aleks baş məşqçiliyə başlayır

“Fənərbaxça”nın əfsanəvi futbolçularından olmuş Aleks de Souza baş məşqçiliyə başlayır.


90plus.az xəbər verir ki, “Globo”da yayıma qatılan Aleks “San Paulo”nun U-20 komandasına rəhbərlik etmək üzrə olduğunu söyləyib. Tam razılığa gəlinəcəyi halda 43 yaşlı Aleks apeldə rəsmən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, 2004-12-ci illərdə “Fənərbaxça”da oynamış məşhur oyunçu 2015-ci ildə futbolçu karyerasını başa vurub.

0 comments