top of page

Aleks de Souza “Turan Tovuz”da!


"Turan Tovuz" qışın ilk transferini həyata keçirib.


90plus.az klubun media hesabına istinadən xəbər verir ki, Tovuz təmsilçisi hücumçu Aleks De Souza Alkantaranı heyətinə cəlb edib.


Braziliyalı forvard ilə 2,5 il müddətində rəsmi müqavilə bağlanıb.


Braziliya “Santos”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Türkiyənin "Boluspor", Litvanın “Hegelman” klublarının formasını geyinib.

0 comments
bottom of page