top of page

Aleks Ferqyuson hazırkı "Man Yunayted" haqqında nə düşünür?

“Mançester Yunayted”in keçmiş çalışdırıcısı Aleks Ferqyuson klubun hazırkı baş məşqçisi Erik ten Haqın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Ferqyuson, niderlandlı məşqçiyə lazım olan futbolçuları tapmaqda bacarığının kömək etdiyini düşünür:


“Komandanın əsasını həmişə qapıçı və mərkəz hücumçusu tamamlayır. Yeni qapıçı fiziki cəhətdən yaxşı hazırlanıb və ümid edirəm ki, yeni mərkəz hücumçusu da tez formada olacaq”.


“Qırmızı şeytanlar” 2022/23 mövsümündə Premyer Liqanı 3-cü pillədə başa vuraraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.



0 comments
bottom of page