UEFA prezidenti Aleksander Çeferin İspaniya Kral Futbol Federasiyasının rəhbəri Luis Rubialesin qadınların futbol üzrə dünya çempionatında 33 yaşlı Cennifer Hermosonu öpməsinə münasibət bildirib.
90plus.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, federasiya rəsmisinin hərəkətinin yersiz olduğunu söyləyib:
“Bu məsələyə münasibət bildirməyim təzyiq kimi qarşılana bilər. Bu cür hadisənin İspaniya milli komandasının qələbəsinə kölgə salmasına təəssüflənirəm. Nələrisə dəyişdirmək lazımdır. Əlbəttə, Rubialesin etdikləri yersiz idi, bunu hamımız bilirik. Ümid edirəm ki, özü də bunu başa düşür”.
Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatının qalibi ispanlar olub. Onlar həlledici oyunda İngiltərəni 1:0 hesabı ilə məğlub edib. Rubiales final matçından sonra Hermosonu dodaqlarından öpüb.