Aleksandr Jidkov "Qarabağ" haqqında danışıb


Azərbaycan millisinin veteran qapıçısı Aleksandr Jidkov açıqlama verib. 90plus.az sportal.az saytına istinadən xəbər verir ki, O, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”i keçmək şanslarını dəyərləndirib: "Təbii ki, ilk oyundakı 1:3 hesablı məğlubiyyət kiçik hesab deyil. Bunun əvəzini çıxmaq asan olmayacaq. “Qarabağ”a uğurlar arzulayıram. İstənilən məşqçiyə keyfiyyətli oyunçular lazımdır. Qurban Qurbanovun sərəncamında keyfiyyətli oyunçular var. Ona görə də nəticə verir, həm Premyer Liqada liderdir, həm də avrokuboklarda daim çıxış edir. Qurban Qurbanovun öz işi də ortadadır. Çempionlar Liqasının qrup mərhələsində oynadılar, indi Konfrans Liqasında pley-off mərhələsindədilər. Bunlar hamısı “Qarabağ”ın işinin göstəricisidir. Qurban Qurbanov və “Qarabağ”a uğurlar arzulayıram". Vaxtilə milli komandamızın qapısını qorumuş veteran qolkiper Mahir Emrelinin də “Dinamo”ya keçidini dəyərləndirib: "Mahir yaxşı futbolçudur. Avropada tələblər fərqlidir. Legioner futbolçusansa, daim özünü sübut etməlisən ki, yerlidən güclü olduğunu göstərəsən. Bu, qanundur. Ona görə də “Dinamo”ya tez bir zamanda adaptasiya olmaq lazımdır. Ona da uğurlar arzulayıram”. Sonda isə təcrübəli mütəxəssis Rusiyada çıxış edən Ayaz Quliyev, Kamran Əliyev in Azərbaycan millisindəki mümkün çıxışından söhbət açıb: “Bu, uşaqların öz seçimidir. Əlbəttə ki, bu futbolçular Azərbaycan millisi üçün oynaya bilərlər. Amma onların əvəzinə nəsə demək istəmirəm. Yəni, bu futbolçuların seçiminə təsir göstərə bilmərik”. ​“Neftçi”, “Dinamo”, “Anji”, “Tom” klublarının da qapısını qorumuş Jidkov 1994-1998-ci illər arasında Azərbaycan millisinin şərəfini qoruyub.

0 comments