top of page

"Aleksandr Kerjakov maraq dairəmizdə deyil" - "Səbail" rəsmisi


"Səbail"in icraçı direktoru Fərəc Əliyev Rusiya mətbuatına danışıb.



90plus.az xəbər verir ki, "sport24.ru"ya açıqlama verən Əliyev Aleksandr Kerjakovun bu kluba baş məşqçi təyin olunmaq ehtimalını dəyərləndirib. O, rusiyalı məşqçinin Baylı klubunu çalışdıra biləcəyi haqda yayılan xəbərləri təkzib edib:



"Biz Aleksandr Kerjakovla heç vaxt danışıq aparmamışıq və aparmırıq da. Mediada bu cür məlumatların haradan yer alması bəlli deyil. Bu, doğru deyil. Bizim etibar etdiyimiz öz baş məşqçimiz var".

0 comments
bottom of page