Aleksey Baqa: "Meydanda olanları hamı gördü"

"Meydanda olanları hamı gördü. Rəqibin heyətində yaxşı futbolçular var. Öz səhvlərimiz də oldu. Nəticədə böyük hesabla uduzduq. Yaxşı nəticə üçün gözəl oyun sərgiləmək lazımdır. Belə səhvlər etməməliyik".

90plus.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları Premyer Liqanın XVI turunda təxirə salınmış oyundan sonra deyib.


Belaruslu mütəxəssis rəqibin ustalıq səviyyəsinin olduqca yüksək olduğunu bildirib: "Ona görə də əlimizə düşən azsaylı epizodlardan da yararlana bilmədik".


41 yaşlı mütəxəssis "Qarabağ"ın futbolçusu Riçard Almeyda maraqlandığınız futbolçulardandırmı" sualına belə cavab verib:

"Hansısa adla bağlı şərh verə bilmərəm. İki oyunumuz qalıb. Mövsümü başa vurmalıyıq. Bundan sonra transferlər barədə danışa bilərik. Belə xəbərləri şərh etməyin mənası yoxdur".

0 comments