top of page

Aleksey Kaşuk "Sabah"da qalacaq? - AÇIQLAMA

Ötən mövsümü icarə əsasında "Sabah"da keçirən ukraynalı futbolçu Aleksey Kaşuk müqavilə ilə məxsus olduğu Donetsk "Şaxtyor"unda qalacaq.


90plus.az - ın məlumatına görə, bu barədə yerli jurnalist Viktor Vatsko açıqlama verib.


O bildirib ki, məşqçilər heyəti hücumameylli yarımmüdafiəçini əsas heyətə qaytarmağı planlaşdırır: "Başa düşdüyüm qədərilə, Kaşuk “Şaxtyor”a qayıdır. O, "Sabah"dakı çıxışı ilə hər kəsi heyran qoyub. 31 çempionat oyununda 16 qol və 10 məhsuldar ötürmə əla göstəricidir".


Qeyd edək ki, daha əvvəl "Şaxtyor"un 23 yaşlı vinger üçün "Sabah"dan 5 milyon avro təzminat tələb etdiyi bildirilib.



0 comments
bottom of page