Aleksis Sançes ABŞ-dan təklif alıb

“İnter”in futbolçusu Aleksis Sançes ABŞ klubundan təklif alıb.

90plus.az xəbər verir ki, MLS-də çıxış edən və adı açıqlanmayan bir klub çilili hücumçu üçün “İnter”ə təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.


Aleksis karyerasını ABŞ-da davam etdirmək istəmir. 32 yaşlı futbolçu qışda “İnter”dən ayrılmaq və Avropada başqa klubda çıxış etmək niyyətindədir.


Aleksis bu mövsüm “İnter”lə 6 oyuna çıxıb.

0 comments