top of page

Aleksis Sançes köhnə klubuna qayıdır

Fransanın “Marsel” klubu hücumçu Xoakin Korreanın transferi ilə bağlı “İnter”lə danışıqlara start verib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın “Betis” klubu da forvardı heyətinə qatmaq istəyir. Korrea Milan təmsilçisini tərk etsə, “neradzurra” hazırda azad agent olan Aleksis Sançesi transfer edə bilər.


Korrea 2022/23 mövsümündə İtaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib.



0 comments
bottom of page