top of page

Aleksis Sançes “Qalatasaray”ın təklifini rədd edib

Çilili hücumçu Aleksis Sançes Fransanın “Marsel” klubuna keçməzdən əvvəl Türkiyə “Qalatasaray”ına transferdən imtina edib.


9xəbər verir ki, bu barədə “Telefoot” məlumat yayıb. Məlumata görə, Türkiyə klubu çilili futbolçuya illik 4 milyon avro maaşla müqavilə təklif etsə də, o, “Marsel”ə keçməyə üstünlük verib.


34 yaşlı Sançes 2022-ci ilin yayında “İnter”dən azad agent olaraq “Marsel”ə keçib. O, bu mövsüm “Marsel”in heyətində 29 matçda 13 qol vurub və 1 məhsuldar ötürmə edib.

0 comments
bottom of page