Alisson atasının dəfninə qatıla bilmir

"Liverpul"un qapıçısı Alisson Bekker atasının dəfn mərasimində iştirak edə bilməyəcək.

90plus.az "Mirror"a istinadən xəbər verir ki, 28 yaşlı qolkiper koronavirus pandemiyasının geniş yayılmasına görə qoyulan uçuş qadağaları səbəbindən Braziliyaya səfər etməyəcək. Ona görə də qapıçı atasının cənazə mərasimində olmayacaq.

Futbolçunun atası fevralın 24-də itkin düşmüşdü. Daha sonra onun su anbarlarından birinə getdiyi məlum olmuşdu. Xilasedicilər bir müddət sonra xilasetmə tədbirlərinin mümkünsüzlüyünü bildərərək, axtarışları dayandırıblar. Ötən gün isə Bekkerin atasının cəsədi tapılıb. Ölümün səbəbi hələ də dəqiqləşməyib.

0 comments