"Alisson Pablo Eskobar kimi bığ saxlayır"

“Liverpul”un futbolçusu Roberto Firmino komanda yoldaşı Alisson Bekkerin görünüşünü və tərzini qiymətləndirib.

90plus.az “Okko Sport”a istinadən xəbər verir ki, 29 yaşlı hüçumçu braziliyalı qapıçının bığlarını bəyəndiyini deyib:

“Alisson Pablo Eskobar üslubunda bığ saxlayır. Bəli, bunu görmək çox əyləncəli idi. Ancaq istədiyi tərzdə görünmək Alissonun haqqıdır. Necə xoşdursa, elə də etsin”.

Qeyd edək ki, Firmino 2015-ci ildən, Bekker isə 2018-ci ildən “qırmızılar”da oynayır.

0 comments