"Yuventus" baş məşqçisi Massimiliano Alleqrini qovmaq fikrində deyil.
90plus.az xəbər verir ki, bu barədə Calciomercato.com məlumat yayıb. Turin klubu bu mövsüm İtaliya çempionluğunu vaxtından əvvəl qazanmaq şansını itirib. Həmçinin onlar Çempionlar Liqasında "Villarreal"a uduzaraq 1/8 final mərhələsində mübarizəni dayandırıblar.
Mayın 11-də “Yuventus” İtaliya kubokunun finalında “İnter”lə qarşılaşacaq. Lakin Alleqrinin gələcəyi bu matçın nəticəsindən asılı deyil.
Qeyd edək ki, Alleqrinin sözləşməsi 2025-ci ilin yayına qədərdir.