Alleqri Poqbanı qaytarmaq istəyir


Pol Poqba "Yuventus"a qayıda bilər. 90plus.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin təmsilçisinin yeni baş məşqçisi Massimiliano Alleqri yarımmüdafiəçini komandasında görmək istəyir. Buna görə də İtaliya klubu fransalı oyunçunu bu yay transfer pəncərəsində almağa çalışacaq.

Qeyd edək ki, hal-hazırda Poqba "Man Yunayted"in futbolçudur.

0 comments