top of page

Alleqri "Yuventus"dan gedir? - AÇIQLAMA

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri gələcək taleyi ilə bağlı açıqlama verib.


90plus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, Turin təmsilçisində fəaliyyətini davam etdirməyə hazır olduğunu deyib:


“Yuventus” rəhbərliyi ilə müqaviləmə xitam verilməsi barədə danışıqlar aparmamışam. Bu klubda fəaliyyətimi davam etdirməyə hazıram. Yeni oyunçular transfer etmək üçün plan cızıram”.


“Qoca sinyora” 2022/23 mövsümündə İtaliya A Seriyasını 62 xalla 7-ci pillədə başa vurub. Onlar Avropa Konfrans Liqasında mübarizə aparacaqlar.



0 comments
bottom of page