“Alleqriyə dedim ki, “Yuventus”a qayıtmasın”

“Yuventus”un sabiq baş məşqçisi Fabio Kapello açıqlama verib.

90plus.az xarici mətbuata istinadən xəbər verir ki, Kapello, Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri haqda danışıb:


“Alleqriyə dedim ki, “Yuventus”a qayıtmasın. İşlərin daha pis olacağını təxmin edirdim. Onu bununla bağlı xəbərdar etdim.


Düşünürəm ki, “Yuventus”lu futbolçular potensiallarını tam olaraq üzə çıxarmır. Məncə, əsas problem budur. Amma hamı baş məşqçini günahlandırır. Alleqri iki il burda olmayıb, günahı nədir? Alleqrini yıxmaq asan deyil”.


“Yuventus” İtaliya A Seriyasında 9-cu sıradadır.

0 comments