top of page

Alleqriyə söz verib, Spalettini seçiblər

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri 2021-ci ilin yayında “Napoli”nin baş məşqçisi ola bilərmiş.


90plus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər danışıqlar aparıblar, lakin sonda Neapol klubunun rəhbərliyi Luçano Spalettinin xeyrinə seçim edib.


Alleqri mətbuat konfransında bu barədə belə deyib:


“Napoli”nin prezidenti Aurelio De Laurentis həqiqətən məni komandaya baş məşqçi təyin etmək istəyirdi, amma sonda fərqli seçim etdi”.


“Yuventus” A Seriyasının turnir cədvəlində üçüncüdür. “Napoli” isə İtaliya çempionatının bitməsinə 7 tur qalmış çempion olmaq üçün beş xala ehtiyac duyur.

0 comments
bottom of page