top of page

Alman jurnalist namaz üstündə foto paylaşan futbolçunu təhqir etdi, məhkəmə qarşısına çıxacaq


Almaniya millisinin təcrübəli futbolçusu Antonio Rüdiger və ölkənin futbol federasiyası yerli jurnalist Yulian Reyxelti təhqir və böhtana görə məhkəməyə verəcək!


90plus.az xəbər verir ki, jurnalist Reyxelt özünün sosial media hesabında Rüdigerin şəklini paylaşaraq, İŞİD terror qruplaşmasının üzvü adlandırıb.


Əslində isə İslamı qəbul etmiş Rüdiger martın 11-də özünün “Instagram” hesabında ağ əbada, namaz xalçasının üstündə oturmuş və şəhadət barmağını yuxarı qaldırmış vəziyyətdə fotosunu paylaşıb.


O, paylaşımına “Uca Allah oruc və dualarımızı qəbul etsin” rəyini yazıb. FOTO


Reyxelt isə özünün “X” hesabında Rüdigerin jestinin terrorçulara məxsus olduğunu bildirib.

Bundan sonra futbolçu və Almaniya Futbol Federasiyası təhqir, böhtan və nifrətə təhrik iddiası ilə məhkəməyə rəsmi şikayət vermək qərarına gəlib.


Mənbə: Daily Mail

0 comments

Komentarze


bottom of page