Çempionlar liqasında 5-ci tur ilk maçları yekunlaşdı.
90plus xəbər verir ki, Münhen Bavariyası rəqibinə yenə aman vermədi. Açıq-aşkar üstün olduğu maçda Xorvatiya komandasının qapısından 6 cavabsız qol keçirtdi. Oyunda ən maraqlı məqamlardan biri R.Levandovskinin 14 dəqiqə ərzində rəqibin qapısından 4 top keçirməsi idi. Matç "Bayern Münhen"in "Crvena Zvezda" üzərində 6-0 hesablı qələbəsi ilə yekunlaşdı.
Keçirilən digər görüşlərdə bu hesablar qeydə alındı:
Qalatasaray 1-1 Klub Brugge
Lok.Moskva 0-2 Bayer Leverkusen
Atalanta 2-0 D.Zagreb
Yuventus 1-0 Atletiko Madrid
Mançester Siti 1-1 Şaxtyor
Real Madrid 2-2 PSJ
Tottenham 4-2 Olimpiyakos