"Almaniya" - "İtaliya" oyunu ləğv olundu 

Martın 31-də Nürnberq şəhərində keçirilməli olan Almaniya – İtaliya yoxlama oyunu ləğv olunub.

90plus.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının saytı məlumat yayıb. Yerli hakimiyyət 100-dən çox insanın olacağı bütün kütləvi tədbirləri ləğv edib. Hökumət həmin görüşdə hər iki komandanın geniş heyəti və jurnalistlərin də iştirak edəcəyini nəzərə alaraq görüşün keçirilməməsinə qərar verib. Bu qərar koronavirusa görə qəbul edilib. Yaxın günlərdə bilet alan azarkeşlərin pulu geri qaytarılacaq.

0 comments