top of page

Almaniya klubu qapıçısını icarəyə verdi

Almaniyanın “Köln” klubu qapıçısı Yonas Urbiqi icarəyə verib.


90plus.az xəbər verir ki, Bundesliqa təmsilçisi 19 yaşlı qolkiperi “Yan Regensburq”a göndərib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc futbolçunun 2024-cü ilin 30 iyununa kimi icarədə oynayacağı diqqətə çatdırılıb.


Urbiq “Köln”ün öz yetirməsidir. Alman qapıçı aşağı yaş qrupları üzrə komandalarda forma geyinsə də, əsas komandada debüt şansı qazanmayıb.



0 comments
bottom of page