"Almaniya millisi tərifə layiqdir”

Almaniya millisinin baş məşqçisi Hans Flik DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanmalarını şərh edib.

90plus."RTL"ə istinadən xəbər verir ki, o, Şimali Makedoniyaya 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bununla bağlı deyib

"Bu dəfə seçmə mərhələdəki 5 oyunun hamısında qələbə qazandıq. Dünya çempionatının final mərhələsinə vəsiqə əldə etdik. İstədiyimiz də bu idi. Komandanı buna görə tərifləməliyik. Qalib gəldiyimizə görə xoşbəxt ola bilərik".

Qeyd edək ki, Almaniya J qrupunda 21 xall qazanaraq vaxtından əvvəl DÇ-2022-nin final mərhələsinə vəsiqəni təmin edib.

0 comments