Almaniya millisi "Uembli"də məşqə buraxılmadı

Almaniya millisi İngiltərə ilə qarşılaşacağı Avropa çempionatının 1/8 final mərhələsinin oyunundan əvvəl "Uembli" stadionunda məşqə çıxa bilməyib.


90plus.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının sözçüsü Yens Grittner "Sky Germany" nəşrinə açıqlamasında bildirib.


Grittnerin sözlərinə görə yığmanın baş məşqçisi Yoahim Löv matçın oynanılacağı arenada məşq keçirməyi planlaşdırıb, lakin UEFA nümayəndəsi meydanı yükləməmək üçün hazırlığı ləğv edib: "Orada məşq keçirmək istəyirdik. Bunu edə bilmədiyimiz üçün üzülürük. Çünki bizi turnirin vacib oyunu gözləyir".


Qeyd edək ki, bu gün "Uembli" stadionunda İtaliya və Avstriya komandaları arasında 1/8 final matçı olacaq. İngiltərə - Almaniya görüşü isə iyunun 29-da eyni arenada gerçəkləşəcək.

0 comments