Almaniya millisində 64 il sonra bir ilk yaşandı!


DÇ-2022-nin ilk turunda Yaponiya ilə hazırda davam edən matç Almaniya millisinin üzvü Camal Musiala üçün əlamətdar olub.

90plus.az "Opta"ya istinadən xəbər verir ki, o, görüşdə meydana start heyətdə daxil olub. Nəticədə 19 yaş 270 günlüyündə olan yarımmüdafiəçi 1958-ci ildən bəri yığma ilə mundiallarda çıxış edən ən gənc futbolçu adını qazanıb.



Bu göstəricidə rekord Karl-Haynts Snellinqreə məxsusdur. O, 1958-ci ildə 19 yaş 72 günlüyündə DÇ-da meydana çıxıb.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan Almaniya - Yaponiya matçında hesab 0:0-dır.

Xatırladaq ki, Musiala 2021-ci ildən Almaniya millisinin üzvüdür.

0 comments