Almaniya millisi ciddi itki ilə üzləşib. 90plus.az "Bild"ə istinadən xəbər verir ki, komandanın liderlərindən olan Tomas Müller zədələnib. DÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Portuqaliya ilə görüşdə diz bağlarından xəsarət alan hücumçu bugünkü məşqdə iştirak etməyib. Onun iyunun 23-də Macarıstanla keçiriləcək qrupun sonuncu görüşündə iştirak etməyəcəyi bildirilib. 31 yaşlı hücumçu komandası 1/8 finala çıxacağı halda bu mərhələninin oyununu da buraxa bilər.
top of page
bottom of page