Almaniya millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər məlum olub.
90plus.az xəbər verir ki, bu barədə 90min.com məlumat yayıb. Namizədlər "Bavariya"nın baş məşqçisi Tomas Tuxel , "Liverpul"un baş məşqçisi Yurgen Klopp və hazırda işsiz olan Yulian Naqelsmanndır.
Xatırladaq ki, sentyabrın 10-da Almaniya Futbol Assosiasiyasının (DFB) Hans-Diter Fliki millinin baş məşqçisi vəzifəsindən azad edib. Onun köməkçiləri Markus Sorq və Danni Rohl da işdən çıxarılıb.
