top of page

Almaniya millisinin 2022-ci ildə ən yaxşısı Camal Musiala seçilib

Almaniya millisində 2022-ci ilin ən yaxşı futbolçusu bəlli olub.


90plus.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada "Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala layiq görülüb.


20 yaşlı oyunçu səslərin 66,2 faizini toplayıb. Onun ən yaxın izləyicilərindən Kay Haverts ("Çelsi", İngiltərə) 8 faizlə ikinci, Yozua Kimmix ("Bavariya") 6,1 faizlə üçüncü pillədə qərarlaşıb.


Qeyd edək ki, Almaniya yığması ötən il Qətərdə keçirilmiş dünya çempionatının E qrupunu 4 xalla üçüncü pillədə başa vuraraq mübarizəni erkən dayandırıb.

0 comments
bottom of page