Almaniya millisinin oyunçusu koronavirusa yoluxub!

Almaniya millisinin və Mönhenqladbax "Borussiya"sının futbolçusu Yonas Hofmann koronavirusa yoluxub.


"90plus" "Report"a istinadən xəbər verir ki, yığmanın bütün oyunçuları otaqlarında təcrid olunub və komandanın səhər məşqi ləğv edilib.



Qeyd edək ki, Almaniya bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində İslandiya seçməsini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0 comments

Recent Posts

See All