Almaniya millisinin sabiq üzvü Andre Şürle alpinist olub.
90plus.az xəbər verir ki, bu barədə Şürle öz sosial media hesabında paylaşım edib.
Andre Şürle karyerasında yeni macəraya - dağ gəzintilərinə başlayıb.
O, havanın temperaturunun -19 dərəcəyə endiyi Çexiya-Polşa sərhədində yerləşən Snezka dağına şortiklə piyada çıxıb.
Qeyd edək ki, keçmiş futbolçu 29 yaşında futbolçu karyerasını bitirib.
