Almaniya millisinin yeni baş məşqçisi bəlli olub.
90plus.az xəbər verir ki, yığmanı Yulian Naqelsman çalışdıracaq. Bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. 36 yaşlı mütəxəssislə 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, almaniyalı mütəxəssisin son iş yeri "Bavariya" olub.
