Almaniyanın yeni rəqibləri- İspaniya və İtaliya!

Almaniya millisi Avro-2020-yə hazırlıq məqsədilə iki yoxlama oyunu keçirəcək.

90plus.az-ın Almaniya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yığma gələn il martın 26-ı Madriddə İspaniya ilə qarşılaşacaq. Komanda martın 31-i isə Nürnberqdə İtaliyanı qəbul edəcək. Qeyd edək ki, Almaniya Avro-2020-də F qrupunda A Liqasının qalibi, Portuqaliya və Fransa ilə qarşılaşacaq.

0 comments