
"Bayern" qış tansfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. 90plus.az xəbər verir ki, Münhen təmsilçisi "Barselona"dan Pedrini almaq istəyir. Klub artıq bu keçid üçün qarşı tərəflə danışıqlara başlayıb. "Bayern" 18 yaşlı yarımmüdafiəçiyə "Barselona"da aldığı maaşdan 4 qat artıq məvacib ödəməyə hazırdır. Qeyd edək ki, Pedri 2020-ci ildən "Barselona"da oynayır.