Almaniya UEFA-nın tələbi ilə razılaşdı


Bavariya vilayətinin rəhbərliyi Münhendə Avropa çempionatının 1/4 final oyunu üçün azarkeşlərin mininal sayının artırılmasına razılıq verib.


90plus.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.


UEFA rəhbərliyi 1/4 final matçını Münhendən digər şəhərə keçirmək istəyib. Buna səbəb azarkeşlərin minimal sayının icazə verilənə uyğun gəlməməsi idi. Lakin Bavariya rəhbərliyi bu rəqəmi lazımi 14 min 500 azarkeşə çatdırmağa razılaşıb.


0 comments