Almaniyada ilin futbolçusu

Almaniyada ilin ən yaxşı futbolçusu məlum olub.



90plus.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Robert Levandovski bu ada layiq görülüb. “Kicker” nəşrinin Almaniya İdman Jurnalistləri Assosiasiyasının üzvləri arasında keçirdiyi sorğuda polşalı futbolçu 276 səslə qalib olub. Levandovski “Bavariya” ilə son mövsümdə iştirak etdiyi 47 oyunda 55 qol vurub.




İkinci sırada Tomas Müller (54), üçüncüdə Yozua Kimmix (49) yer alıb.

0 comments