top of page

Almaniyada stadionun yanında aktiv bomba!


Almaniyada “Maynts” klubunun ev oyunlarını keçirdiyi “MEWA Arena” stadionu yaxınlığında aktiv bomba aşkar olunub.


90plus.az xəbər verir ki, təmir işləri zamanı tapulan 500 kiloqramlıq aktiv bomba İkinci Dünya müharibəsindən qalıb.


Təhlükəsizlik səbəbilə klub həmin vaxt stadionda olan bütün əməkdaşlarını müvəqqəti olaraq təxliyə edib. Hadisə yerinə gələn mütəxəssislər bombanı zərərsizləşdiriblər.


Qeyd: Bundesliqanın 31-ci turunda “Maynts” şənbə günü “Köln”ü qəbul edəcək.


Mənbə: CBS Sports

0 comments
bottom of page